Accessibility links

Bağdad məscidində qətlə yetirilmiş sünnilərin cəsədləri tapılıb


Dünən Bağdad məscidindən 14 sünninin cəsədi aşkar edilib. İraq sünniləri bu qətldə şiə təhlükəsizlik qüvvələrini günahlandırırlar. Daxili işlər nazirliyinin general-mayoru Nüseyn Əli Kamal Associated Press-ə bildirib ki, bu qətllərin kim tərəfindən həyata keçirildiyi barədə təhqiqat aparılır.

Cəsədlərin aşkar edilməsi İraqdakı sünnilərin, şiələrin və kürdlərin arasındakı gərginliyi daha da artıra bilər. Qeyd edək ki, dekabr ayında keçirilən seçkilərindən sonra hər üç tərəfin siyasətçiləri milli birlik hökuməti yaratmaq barədə danışıqlar aparırlar.

XS
SM
MD
LG