Accessibility links

ABŞ həbsxanasında üsyan baş verib


Rəsmilərin bildirdiyinə görə, Birləşmiş Ştatların Kaliforniya ştatındakı Los Anceles şəhəri yaxınlığında güclü mühafizə olunan həbsxanada baş vermiş üsyan nəticəsində bir dustaq qətlə yetirilmiş, əlli nəfərdən çoxu isə yaralanmışdır. Dünən 4 saat çəkən üsyanda iki minə qədər dustağın iştirak etdiyi bildirilir. Üsyan həbsxanada gözyaşardıcı qazdan istifadə edildikdən sonra yatırılmışdır. Hadisə zamanı 20-yə qədər dustağın ağır xəsarət alaraq xəstəxanaya aparıldığı xəbər verirlir. Rəsmilərin bildirdiyinə görə, üsyan bir zənci məhbus tərəfindən ispan mənşəli digər məhübusun bıçaqlanmasına etiraz məqsədi daşıyıb.
XS
SM
MD
LG