Accessibility links

Amnesty İnternational yeni hesabat açıqlayıb


Londonda yerləşən insan hüquqları müdafiəsi qrupu Amnesty İnternational Amerikanın Guantanamo adasındakı hərbi bazasında saxlanılan təxminən 500 dustağa qarşı “qeyri-qanuni” hərəkətləri ittiham edən yeni hesabatını açılayıb. 11 səhifəlik hesabat Guantanamo həbsxanasında saxlanılan dustaqların hal-hazırda davam edən aclıq aksiyası və bir neçə intihar cəhdləri barədə dəqiq məlumat verir. Hesabatın müəlliflərindən biri olan Şaron Kritop deyib ki, həbsxanadakı vəziyyət və Birləşmiş Ştatların məhbusları onların vətəndaşı olduqları ölkələrə təhvil verilməsinin mümkünlüyü barədə qərarı Amnesty İnternational təşkilatını narahat edir. Narahatlığın əsas səbəbi dustaqların burada necə və nə qədər saxlanmasının qeyri-müəyyənliyidir. Guantanamo həbsxanası Amerika rəsmilərinin dünyada rusvayçılıq rəmzinə çevrilmişdir. Hazırda onlar məhbusların müxtəlif ölkələrlə qöndərilməsi barədə danışıqlar aparırlar. Birləşmiş Ştatlar Guantanamo həbsxanasını 2001-ci ildə Əfganıstana müdaxilə zamanı, onların sözü ilə desək əsir qötürülmüş “düşmən yaraqlıların” saxlanması məqsədi ilə açmışdır. ABŞ rəsmilərinin Guantanamo dustaqlarını “pislərin pisi” kimi təsvir etməsinə baxmayaraq, onlara qarşı qeyri-qanuni hərəkərlər barədə ittihamları təkidlə rədd edir. Prezident Buş Amnesty İnternational təşkilatının bundan əvvəlki hesabatını ciddi tənqid edərək, onu “cəfəngiyyat” adlandırmışdır.
XS
SM
MD
LG