Accessibility links

Amerikanın müsəlman icmasının liderləri Danimarkanın ABŞ-dakı səfirilə görüşüb


Danimarkanın ABŞ-dakı səfiri ilə görüşmüş Amerikanın müsəlman icmasının liderləri müzakirələri konstruktiv və müsbət kimi qiymətləndiriblər. Amerika İslam Əlaqələri Şurası və Amerika Müsəlmanları Azadlıq Fondunun üzvlərinin iştirakı ilə keçən görüşdə Məhəmməd peyğəmbərin karikaturalarının nəşri və müsəlman dünyasında buna reaksiyalar müzakirə olunub. Karikaturalara müsəlman ölkələrində reaksiyalardan danışaraq, Amerikanın müsəlman icmasının liderləri buna hər hansı bir zorakılıqla münasibət bildirilməsinin əleyhinə olduqlarını deyiblər. “Bu karikaturaları qınadığımız kimi, bu dəhşətli karikaturalara cavab olaraq, hər hansı bir zorakılığı da qınayırıq” -deyə onlar bildiriblər.
XS
SM
MD
LG