Accessibility links

İnvestorların qızıla marağı artmaqdadır


İnvestorların qızıla marağı son zamanlar İranın nüvə proqramının dünya neft ehtiyatlarının dağılmasına yol açacağı təhlükəsinə görə artmışdır. Maliyyə ekspertləri qızıl qiymətlərinin artmasına investorların pullarının təhlükəszliyini təmin etmək istəməsinin səbəb olduğunu deyirlər. İran və qərb ölkələri arasında artmaqda olan gərignlik neft ehtiyatlarının dünya bazarlarında tələbata cavab verməyəcəyi ilə bağlı beyinlərdə böhran yaradıb. Buna görə enerji qiymətləri artır.

Bəşəriyyət tarixində qızıl sahibkarlığı kursunu dəyişməkdədir. Mülkiyyət və əmlakı çox olmayanlar üçün qızıl daşınan və tez satılan məhsul olduğu üçün bü gün dünyadakı mövcud durumla ayaqlaşa bilir. Ekspertlərin fikrincə hətta belə olduğu halda neft dəyərini itirməyəcək. Bəlkə elə ona görə neftə "qara qızıl" deyirlər. Lakin bir çoxları bu gün sarı qızıla üstünlük verirlər.

XS
SM
MD
LG