Accessibility links

Diplomatlar İranın uranın zənginləşdirilməsi proqramına başladığını deyir


BMT-nin nüvə agentiyinin diplomatları bildirirlər ki, İran nüvə silahı və reaktorlarda istifadə edilə biləcək yanacaq istehsalı prosesi olan kiçik həcmli uranın zənginləşdirilməsi proqramına başlayıb. Beynəlxalq Atom Enerjisi agentliyinin rəsmiləri anonim şəkildə danışaraq, bildiriblər ki, uran qazı bəzi maşınlara doldurula bilər. İran Beynəlxalq Atom Enerjisi agentliyi mümkün sanksiyaların tətbiq edilməsi məqsədilə İranın nüvə proqramı məsələsini BMT-nin Təhlükəsizlik Şurasına çıxarandan sonra geniş miqyaslı zənginləşdirmə proqramına yenidən başlayacağını bəyan etmişdir. Bununla yanaşı, İran Rusiya ilə uranın zəngiləşidirilməsi proqramını Rusiya ərazisində həyata keçirmək məqsədilə aparılacaq danışqları da təxirə salmışdır. BMT-nin baş katibi Kofi Annan prezident Buşla görüşmüş və vəziyyəti gərginləşdirəcək addımların atılmayacağına ümid bəslədiyini bildirmişdir.
XS
SM
MD
LG