Accessibility links

Kondaliza Rays: İran Birləşmiş Ştatlar və dünya qarşısında strateji sınaqdır. 


Birləşmiş Ştatların dövlət katibi Kondoliza Rays bildirib ki, İran Birləşmiş Ştatlar və dünya qarşısında strateji bir sınaqdır. Dövlət katibi Rays bu bəyanatı Senatın Xarici Əlaqələr Komitəsində dinləmələr zamanı verib. Onun bildiridiyinə görə, Birləşmiş Ştatlar İranın terrorizm və İslam ekstremizmini dəstəkləmək siyasətinin qarşısını fəal bir surətdə alacaq. O deyib ki, Dövlət Departamentinin İranda demokratiyanı dəstəkləmək məqsədilə Kongresdən əlavə olaraq 75 milyon dollar məbləğində maliyyə vəsaiti ayrılmasını istəməyi planlaşdırır. Xanım Rays bildirib ki, bu maliyyə vəsaitinin İranda radio və televiziya verilişlərinin yayılması və tələbə mübadiləsi sahələrində sərf edilməsi nəzərdə tutulub.

Dövlət Katibi Raysın Senatın Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə iştirakı beynəlxalq icitmaiyyətin mübahisəli nüvə programını dayandırması məqsədilə İrana təzqyiləri artırdığı vaxta təsadüf edir. Xanın Rays deyib ki, Birləşmiş Ştatlar İran xaqının elektrik enejisi istehsal etmək üçün nüvə elektrik stansiyasına malik olmasının əleyhinə deyil. ABŞ Dövlət katibi İranın nüvə programıını müzakirə etmək üçün gələn həftə İran Körfəzi ölkələrinə səfər edəcək.

Rusiya və Fransa İran hökumətini uranın zənginləşdirilməsi prosesini dayandırmağa çağırıblar. Çin İranın mübahisəli nüvə programı ilə əlaqədar artan gərginliyin diplomatik yollarla həll edilməsinə səsləyir.

XS
SM
MD
LG