Bu günlər Amerika-Çin ticarət əlaqələrinin necə deyərlər, başdan ayağadək araşdırmanın nəticələri elan edilib. ABŞ-ın ticarət nümayəndəsi Rob Portmənin Çinin 2001-ci ildə Ümumdünya Ticarət Təşkilatına üzv olmasından bəri açıldığı ilk hesabatda ABŞ-Çin ticarət əlaqələri haqda izahat verilir. 29 səhifəlik hesabatda deyilir ki, son üç il ərzində ardıcıl şəkildə Amerikanın Çinə məhsul ixracı 20 faiz yüksəlmişdir. Beləliklə, Çin Amerikanın ən böyük idxal bazarına malikdir.
Rob Portmənin bildirdiiynə görə, bütün bunlarla yanaşı, Çinlə Amerika arasında davamlılıq, ədalət və balans baxımından ticarət əlaqələri kamil deyil. Ticarət siyasətinin tənqidçiləri hesab edirlər ki, Çinin ticarət praktikası ədalətdən uzaqdır. Belə ki, onlar bunu valyuta manipulyasiyası və müəllif hüquqularının pozulması ilə izah edirər. Bu isə Amerika Birləşmiş Ştatlarının Çinlə ticarət defisitinin 201.6 milyard dollar təşkil etməsi deməkdir.