Accessibility links

Türkiyə Həmasla İsrail arasında vasitəçilik etmək istəyir


Bu həftə Türkiyənin xarici işlər naziri Abdulla Gül və islamçı militant qrup Həmasın lideri arasında görüş uzun müddətdir müttəfiq olan İsrail və Türkiyə arasında narazılığa səbəb olub. İsrail Həmasın lideri Xalid Meşalın Ankaraya səfərini qınayıb. İsrail hökumətinin sözüçüsü İsrail PKK lideri Abdulla Ocalanı dəvət etsə, Türkiyənin hansı hisslər keçirə biləcəyini sual edib. Türkiyənin xarici işlər nazirliyi İsrailin bəyanatının təəssüf doğurduğunu bildirib. Yanvar ayında Fələstin seçkilərində Həmasın qələbə çalmasından sonra Türkiyə İsrail və İsrailin məhvinə çağıran Həmas arasında vasitəçi rolunu oynaya biləcəyinə ümid bəslədiyini ifadə etmişdir.
XS
SM
MD
LG