Accessibility links

Filippin adalarında torpaq sürüşməsi baş verib


Qırmızı Xac Cəmiyyətinin təxminlərinə görə Filippin adalarında baş verən torpaq sürüşməsi nəticəsində 200-dən artıq adam ölüb və 1500 insan itkin düşüb. Rəsmilərin bildiridiyinə görə, bir kənd tamamilə palçıq altında qalıb. Leyte adasının cənub bölgəsində 36 adam xilas edildiyi, 15 cəsədin isə aşkar edildiyi bildirilir.

Qırmızı Xaç və Qırmızı Aypara cəmiyyətləri ilkin yardımlara 152 min dollar məbləğində vəsait ayırıb. Torpaq sürüşməsinə son iki həftə ərzində yağan güclü yağışlar səbəb olub.

XS
SM
MD
LG