Accessibility links

Gürcüstan parlamentinin qətnaməsində dəyişikliklər mümkündür


Gürcüstan prezidenti Mixail Saakaşvili Rusiyanın sülhməramlı qüvvələrinin Cənubi Osetiyanı tərk etməsi ilə bağlı parlamentin qətnaməsində dəyişiklik edilməsinin mümkünlüyünü bildirib. Bu gün Tbilisidə təşkil edilən mətbuat konfransında prezident deyib ki, sənəddə Rusiya da daxil edilməklə, bütün partiyaların müzakirələr keçirməsi təklif edilir. Gürstüntan lideri Cənubi Osetiya və Abxaziya liderlərini tənqid edərək onların Derjinski, Beria və Andropovun arzularını canlandırdıqlarını deyib. Qeyd edək ki, Gürcüstan qanunvericiləri Rusiyanın sülhməramlı qüvvələrinin Cənubi Osetiyadan çıxarılması tələbi ilə qətnaməni cari həftənin əvvələrində qəbul etmişdi.
XS
SM
MD
LG