Accessibility links

ABŞ prezidenti radio müraciətini nüvə enerjisi məsələsinə həsr edib


Amerika prezidenti Corc Buş bugünkü həflik radio müraciəti zamanı nüvə enerjisi məsələsinə toxunub. O bildirib ki, nüvə enerjisindən istifadəni artıqmaqla gələcəkdə Amerikanın xaricdən asılılığına son qoymağa çalışacaq. ABŞ prezidenti Fransanın elktrik enerjisinin 78 faizini nüvə qüvvəsindən aldığı halqa Amerikanın bu imkandan yalnız 20 faiz istifadə etdiyini bildirib. Corc Buş Amerikanın 1970-ci illərdən bəri yeni nüvə obyekti inşa etmək planına malik olmadığını deyib. Amerika prezidenti bildirib ki, qlobal nüvə enerjisi partnoyluğu çərçivəsində Amerika Fransa, Yaponiya və Rusiya kimi ölkələrlə nüvə reaktorlarının inkişafı və istifadədə olmuş nüvə yanacağının təhlükəsiz şəkildə zərərsizləşdirilməsi sahəsində birgə çalışacaq.
XS
SM
MD
LG