Accessibility links

İsrail Həmasa qarşı sanksiyalar tətbiq edir


İsrail hökuməti Fələstin Muxtar İdarəsini öz nəzarəti altında saxlayan və Fələstin Qanunverçi Şurasında əksər yerlərə malik olan Həmas militant qrupuna qarşı sanksiyalar tətbiq edib. İsrailin müvəqqəti baş naziri Ehud Olmert deyir ki, sanksiyalara əsasən İsrail Fələstin hökumətilə olan bütün əlaqələrini kəsir. O, beynəlxalq ictimayyəti Həmas qrupunun başçılıq edəcəyi Fələstin hökumətini təcrid etməyə çağırıb.

İsrailin Nazirlər Kabineti hər ay Fələstin Muxtar idarəsinə gömrük hesabı ilə ödədiyi 50 milyon doları da kəsib. Nazirlər kabineti fələstinlilərə İsrail ərazisindən səfər etmələrinə qadağanın tətbiqi haqda irəli sürülən təklifi rədd edib.

Baş Nazir vəzifəsinə təyin edilən Həmas lideri İsmayıl Həniyəh İsrailin sanksiyalarını Fələstin xalqının rifahına qarşı yönəlmiş plan adlandırıb. Həmas qrupu İsrailin mövcudluq hüququnu tanımaqdan boyun qaçırır və İsrailin mövqeyinə qarşı həyata keçirilən onlarla intihar hücumlarının məsuliyyətini üz üzərinə götürüb.

Bu arada Fələstinin rəsmiləri bildirirlər ki, İsrailin hərbi təyyarəsi Qəzzə Zolağının cənubuna etdiyi hücumu nəticəsində yaraqlı qrup olan Fələstin Xalq Müqavimət komitəsinin iki üzvü öldürülüb. İsrailin rəsmiləri isə bu iki şəxsin Qəzzanı İsraildən ayıran bölgədəki təhlükəsizlik çəpərinin yanında bomba yerləşdirməyə çalışdığını bildiriblər.

XS
SM
MD
LG