Accessibility links

Pakistan polisi nümayişçilərə qarşı gücdən istifadə edib


" hspace=2 src="/azerbaijani/images/ap_pakistan_mob_police_protest_19feb06_eng_195.jpg" width=195 align=left vspace=2 border=0>Pakistan polisi İslamabadda Məhəmməd peyğəmbərin Avropada nəşr edilmiş karikaturalarına etiraz edən gənclərin nümayişini dağıtmaq üçün gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə edib. Polis və parahərbi dəstələr şəhəri nəzarətə götürərək İslamçı partiyaların icazəsiz nümayişinin qarşısını almışlar.

Altı partiyadan ibarət İslamçı koalisiya qoyulan qadağaya əməl etməyəcəyini bəyan edib. Pakistan polisi bir neçə qanunvericini həbs etmiş, radikal islamçı liderləri ev dustağı etmiş və onların yüzlərlə tərəfdarını saxlamışdır.

Karikaturaların çap edildiyi Danimarka öz səfirini müvəqqəti olaraq İslamabaddan geri çağırıb. Cümə günü isə təhlükəsizlik səbəbləri üzündən səfirlik bağlanıb.

XS
SM
MD
LG