Accessibility links

ABŞ-da prezident günüdür


Bu gün Amerika Birləşmiş Ştatlarında prezident günü qeyd edilir. Belə ki, fevral Amerika prezidentləri Corc Vaşinqton və Abraham Linkolnun anadan olduğu aydır. Bayram ilk dəfə rəsmən 1885-ci ildə ölkənin ilk prezidenti Vaşintonun dünyaya gəldiyi gün -fevralın 22-i qeyd edilmişdi. 1968-ci ildə ABŞ konqresi tərəfindən fevral ayının birinci bazar ertəsi günü rəsmi bayram elan edilmişdi.
XS
SM
MD
LG