Accessibility links

Terrorizmdə şübhələnilən ərəb mənşəli üç amerikalı həbs edilib


Terrorizm şübhələri ilə üç ərəb mənşəli amerikalı həbs edilib. Hər üçü də Ohayo ştatının sakini olan bu şəxslərə qarşı İraqdakı ABŞ və Koalisiya qüvvələrinə qarşı konspirasiya ittihamı irəli sürülüb.

Mərvan Osman Əl Hindi İordaniyda doğulmuş 43 yaşlı amerika vətəndaşıdır. 24 yaşlı Vasim Məzlum 2000-ci ildə Livandan Amerikaya gəlmişir. 26 yaşlı Məhəmməd Zəki Əvey İordaniya və Amerika vətəndaşıdır. Əveyə qarşı Amerika prezidentinə qarşı qətl və fiziki hücum cəhdi ilə bağlı ittiham irəli sürülmüşdür. Qətllərlə bağlı açıqlamanı ABŞ-ın baş prokuroru Alberto Gonzales Vaşinqtonda təşkil edilən mətbuat konfransında verib.

XS
SM
MD
LG