Accessibility links

Rusiya ilə İran ilkin razılıq əldə edib


İranın nüvə proqramının rəhbəri Rusiya ilə uran zənginləşdirilməsi barədə ilkin razılığıa gəlindiyini xəbər verir. Amma İranın öz ərazisində həyata keçirdiyi uran zənginləşdirilməsi proqramına son qoyacağı hələlik aydın deyil. Qulamrza Ağazadə və onun Rusiyalı həmkarı Sergey Kiriyenko İranla razılığı müzakirə etmiş və yaxın günlərdə danışıqların davam edəcəyini bildirmişlər.

Qeyd edək ki, həmin bu plan ABŞ və Avropa Birliyi tərəfindən dəstəklənir. Rusiya və İran Beynəlxalq Atom Enerjisi Agentliyi müdirlər şurasının 6 martda keçiriləcək yığıncağından əvvəl son razılığıa gəlməyə çalışırlar. Belə ki, həmin yığıncaqda İran məsələsinin BMT Təhlükəszilik Şurasına təqdim olunması müzakirə ediləcək.

XS
SM
MD
LG