Accessibility links

İran nüvə fəaliyyətlərindən əl çəkməyəcək


Yapon nümayəndələri bildiriblər ki, İranın xarici işlər naziri nüvə proqramının dayandırılmayacağını deyib. Onların dediyinə görə, Mənuçehr Mottaki Yaponiyanın xarici işlər naziri ilə görüşü zamanı laboratoriya səviyyəsində aparılan fəaliyyətlərə son qoyulmayacağını bildirib. Xatırladaq ki, İranın xarici işlər naziri Mottaki Yaponiyada bu gün müzakirələr keçirib. Bir gün əvvəl isə İran uranın zənginləşdirilməsinə dair Rysiya ilə ilkin razılıq əldə edib. Amerika isə buna skeptik münasibət bildirib. Bazar ertəsi Beynəlxalq Atom Enerjisi Agentliyi İranla bağlı Vyanada görüş keçirəcək.
XS
SM
MD
LG