Accessibility links

Yaponiya İrana verilən vaxtın daraldığından narahatdır


" hspace=2 src="/azerbaijani/images/ap_japan_iran_Mottaki_Koizumi_28feb06_eng_195.jpg" width=210 align=left vspace=2 border=0>İranın xarici işlər naziri Manuçehr Motəkki deyir ki, Tehranın dinc məqsədlər üçün nüvə texnologiyası inkişaf etdirməyə haqqı çatır. Motəkki bu sözləri bu gün Yaponiyada həmin ölkənin baş naziri Cuniçiro Koizumi ilə keçirdiyi görüşdə söyləyib.

Yapon mediası xəbər verir ki, cənab Koizumi İran xarici işlər nazirinə ümid etdiyini bildirib ki, Tehran özünün nüvə planları ilə bağlı beynəlxalq ictimaiyyətin etimadını qazanacaq. Yaponiya diplomatlarının bildirdiyinə görə, Tokio rəsmiləri cənab Motəkkini inandırmağa çalışıblar ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin bu gün açıqladığı hesabat İrana verilən vaxtın daraldığınıa siqnaldır. Belə ki, agentliyin açıqladığı hesabatda Tehranın nüvə proqramından mülki məqsədlər üçün istifadə etdiyi təsdiqlənməyib.

XS
SM
MD
LG