Accessibility links

ABŞ və Hindistan nüvə əməkdaşlığı sahəsində aylardır müzakirə olunan pakta dair razılıq əldə ediblər


Birləşmiş Ştatlar və Hindistan nüvə əməkdaşlığı sahəsində aylardır müzakirə olunan pakta dair razılıq əldə ediblər. Hindistanın baş naziri Manmohan Sinx və prezident Buş bunu Dehlidə danışıqlardan sonra birgə mətbuat konfransında bəyan ediblər. Cənab Buş tarixi adlandırdığı razılığın əldə olunmasının hər bir tərəf üçün asan olmadığnı demiş və ABŞ Konqresini həm Hindistan, həm də Birləşmiş Ştatlar üçün faydalı tərəfləri olduğuna əmin etmək üçün gərgin iş aparacağına söz vermişdir. Prezident Buş demişdir ki, nüvə sahəsində əməkdaşlıq Hindistanın mülki nüvə sənayesinə yardım edəcək və enerjiyə olan qlobal tələbatın yaratdığı təqzyiləri aradan qaldırmağa kömək edəcək. Baş nazir Sinzlə ziyafət zamanı prezident Buş Hindistanda mövcud demokratiyanın plüralizm, dini azadlıq və insan hüquqları sahələrində nümunə vediyini bildirmişdir.
XS
SM
MD
LG