Accessibility links

Corc Buşun Hindistan səfəri başa çatdı


ABŞ prezidenti Corc Buş Hindistan və Amerikanın indiki kimi yaxın əlaqələrə malik olmadığını və bu partnyorluğun dünyanın imtiyazına xidmət edəcəyini bildirib. Prezident bu sözləri Hindistan səfərini başa vurarakən etdiyi çıxışı zamanı deyib. Amerika prezidenti Corc Buş bildirib ki, onun Hindistan səfəri iki ölkə arasında mövcud olan gərginlikləri arxada qoymuş olur. Dehli çıxışı zamanı ABŞ prezidenti soyuq müharibə dövrü dünyanın ən böyük demokratiyaları və ən qüdrətli ölkələri arasında gərginliyin on illərlə davam etdiyini, lakin hazırkı partnyorluğun dünyanı yaxşılığa doğru apardığını bildirib. Qeyd edək ki, Amerika prezidenti Hindistana səfəri zamanı mülki nüvə əməkdaşlığı sahəsində razılığı yekunlaşdırmışdır. Razılğa əsasən Amerika Hindistanın mülki nüvə proqramı üçün o ölkəni nüvə texnologiyası və nüvə yanacağı ilə təmin etməlidir. Hindistanın nüvə silahlarının yayılmamasına dair sazişi imzalamaması ilə onun bu proqramı beynəlxalq nəzarətə veriləcək. ABŞ prezidentinin Hindistan səfəri minlərlə nümayişçinin etiraz aksiyası ilə müşaiyət edilmişdi. Dehli şəhərində on minə yaxın insan anti-Buş şüarları səsləndirmiş, Heydərəbad şəhərində isə nümayişçilər Əl-Qaidə lideri Üsamə Bin Ladenin şəkillərini qaldırmışdı. Bəzi yerlərdə polis nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə etmişdi.
XS
SM
MD
LG