Accessibility links

Iraqın baş naziri tənqidlərə məruz qalıb


İraqın baş naziri İnrahim Əl Cəfəri ölkədə yeni yaranmış təriqətlərarası zorakılıqlara görə tənqidlərə məruz qalıb. İraq prezidenti Cəlal Təlabani şiə olan Cəfərinin istefasını tələb edən sünni, kürd və digər siyasətçilərə qoşulub. Cənab Təlabani deyib ki, Cəfəri istefa vermədiyi təqdirdə yeni İraq hökumətinin formalaşması ləngiyə bilər.

Sünni liderlər cənab Cəfərini fevral ayının 22-də şiə ibadətgahına edilən hücumdan sonra sünni məscidlərinə qarşı hücumların qarşısını almamaqda günahlandırırlar.

Bunlarla yanaşı, bu gün Bağdadda sünni məscidinə edilən hücum nəticəsində üç nəfərin qətlə yetirildiyi bildirilir. Polis Əl-Nur məscidinə hücum edənlərin hərbi paltarda olduqlarını bildirib.

XS
SM
MD
LG