Accessibility links

Amnesty İnternational: İraqda həbs sistemi dəyişməlidir


Baş qərərgahı Londonda yerləşən Insan Hüquqları Qrupu Amnesty İnternational bildirib ki, İraqın təhlükəsizlik qüvvələri məhbuslara işgəncə verir və orada olan çoxmillətli qüvvələr məhbusların qanuni proseslərinə göz yumurlar.

Amnesty İnternational bu gün açıqladığı hesabatında İraqda saxlanılan minlərlə məhbusun ən adi hüquqlardan məhrum edildiyini bildirilir. Amnesty İnternational-ın beynəlxalq hüquqlar üzrə experti Klaudio Kordone bu qanun pozuntularının ancaq İraq rəsmiləri deyil, Birləşmiş Ştatların başçılıq etdiyi beynəlxalq qüvvələrin də işini mürkkəbləşdirdiyini deyir. O deyir: “Biz insanların məhkəməsiz və ittihamsız saxlandığı həbs sistemini dəyişməliyik. Belə ki, onlara nəzarət altında saxlanmalarının səbəblərini müəyyən etməyə imkan da verilmir. Onlar öz işləri ilə bağlı sənədlərlə də tanış ola bilmirlər. Bunların hamısı kağız üzərində qalır. Bu əsasalı yanlışlıq olmaqla yanaşı, həm də qanunsuzluq faktıdır”.

Amnesty İnternational-ın hesabatında eləcə də deyilir ki, keçən noyabr ayında İraqdakı beynəlxalq koalisiya qüvvələri məhbəslərdə 14 min məhbusun olduğunu bildirmişdilər. İnsan Hüququları Təşkilatı onların bəzilərinin təhlükəszlik səbəbi ilə nəzarət altında saxlandığını və iki ildən artıqdır ki, heç bir ittihamla üzləşmədiklərini bildirir. Amnesty İnternational İraqın təhlükəsizlik qüvvələrinin bəzən məhbusları döyməklə və onlara qarşı elektrik şokundan istifadə etməklə işgəncələr verdiyini bildirir. Hesabatda məhbusların öldüyünə dair faktlar da göstərilir.

XS
SM
MD
LG