Accessibility links

İraqın siyası partiyası parlamentin sessiyasının yubadılmasını istəyir


İraqın şiə siyasi alyansı prezident Cəlal Taləbaniyə müraciət edərək, parlamentin ilk sessiyasının yubadılmasını istəyib. Alyans bunu yeni hökumətin təşkili ilə bağlı mübahisənin həllinə əlavə vaxt qazanılması ilə izah edir. Xatırladaq ki, prezident Taləbani parlamentin ilk sessiyasının konstitusiyaya əsasən mart ayının 12-də keçiriləcəyini elan etmişdir. İraqın İslam İnqilabı Ali Şurası adlanan aparıcı partiyası milli hökumətə başçı təyin edilməsi üçün bir neçə əlavə günə ehtiyacı olduğunu bildirib. Kürd, sünnü və və dünyəviçi siyasətçilər baş nazir İbrahim Əl-Cəfərinin ikinci dəfə vəzifəsinə təyin edilməsinin əleyhinədir. Bütün bunlarla yanaşı bu gün İraqda həyata keçirilən hücumlar nəticəsində 3 polis işçisi öldürülüb.
XS
SM
MD
LG