Accessibility links

ABŞ-ın baş prokuroru Amerikanın siyasətini müdafiə edib


Amerika Birləşmiş Ştatlarının baş prokuroru Alberto Qonzales terrorizmlə əlaqədar həbs edilənlərlə davranışlarda yanlışlıqları qəbul etsə də, Amerikanın işgəncə hallarına bəraət qandırmadığını və buna əl atanların cəzalandırıldığını bildirib. Londonun Beynəlxalq Strateji Aradırmalar İnstitutunda çıxış edən baş prokuror terrorizmlə mübarizədə beynəlxlaq əməkdaşlığın vacibliyini vurğulayıb. Qeyd edək ki, Alberto Gonzalesin London görüşü Amerikanın terrorizmlə mübarizə taktikalarının Avropanın insan hüquqları təşkilatları, siyasətçiləri və BMT tərəfindən kəksin tənqid edildiyi vaxta təsadüf edir. Cənab Qonzales radikal islamçılarla mübarizədə Əbu Qreyb həbsxanasında bəzi fərdlərin yol verdiyi pozuntulara göz yumulmadığını deyib. Alberto Qonzales bildirib ki, Amerikanın insan hüquqları sahəsindəki fəaliyyətlərinə və terrorizmə qarşı beynəlxalq mübarizəyə dair təsəvvürə düzəliş etmək istəyir. “Məni avropalılar arasında Amerikanın qanunun aliliyinə əhəmiyyət vermədiyinə dair təsəvvür narahat edir. Mənə bunlar Amerikanın bir hüquq-mühafizə orqanının başçısı kimi prezidentimizi tanıdığım üçün çətin gəlir. Mən onu çox yaxşı tanıyıram. Mən əminəm ki, o qanunun aliliyinə riayət edir. Onun administrasiyasının hər bir üzvündən gözlədiyi qanuni cavabdehlikdir”-deyə cənab Qonzales bildirib. ABŞ-ın baş prokuroru deyib ki, Amerika insanlara qəsdən fiziki və ya mənəvi işgəncə verilməsinin tam əleyhinədir.
XS
SM
MD
LG