Accessibility links

BMT: Rusiyanın Iranla bağlı təklifi hələ də qüvvədədir


Bu gün Vaşınqtonda çıxışı zamanı prezident Buş İranın nüvə proqramı məsələsinin Amerika üçün ən ciddi problem olduğunu deyib. Avropa rəsmiləri isə deyirlər ki, nüvə məsələsi ilə yaranmış qarşıdurma barədə İranla danışıqların davamı mümkündür.

Avropa Birliyinin Xarici Əlaqələr üzrə müdiri Benita Ferrero Valdner bu gün Vyanada müxbirlərlə görüşü zamanı bildirib ki, uranın zənginləşdirilməsi barədəki Rusiyanın təklifi hələ də qüvvədədir. Avstriyanın xarici işlər naziri Ursula Plasnik də bu ideyanı təkrar edib. Onların bəyanatları İranın nüvə proqramı məsələsinin BMT-nin Təhlükəsizlik Şurasında müzakirəsindən bir neçə gün əvvələ təsadüf edir.

Sərt-xətt din xadimi Əhməd Xatəmi bu gün cümə namazı zamanı BMT Təhlükəsizlik Şurasına xəbərdarlıq edib ki, İrana hədə-qorxu əhatə edən bəyanatlar verməsin.

İranın Milli Daxili Təhlükəsizlik Şurasının müdiri Cavad Vaedi bu gün Amerikanın Səsinin müxbirinə bildirib ki, Təhlükəsizlik Şurası məsələyə müdaxilə etsə, İran özünün təhlükəsizliyini və milli maraqlarını qoruyacaq. Lakin o, bu haqda təfərrüatı ilə məlumat verməyib.

Birləşmiş Ştatların dövlət katibi Kondaliza Rays dünən deyib ki, İran Birləşmiş Ştatlara bir nömrəli problemdir.

XS
SM
MD
LG