Accessibility links

Miloşeviçin ölümünün səbəblərini araşdırmaq məqsədilə tibbi təhqiqat başlanıb


Hollandiyalı həkimlər sabiq Yuqoslaviyanın prezidenti Slobodan Miloşeviçin ölümünün səbəblərinə araşdırmaq məqsədi ilə tibbi tədqiqatları başlamışlar.
Serbiya rəsmiləri bu gün aparılacaq tədbirlərə nəzarət etmək məqsədi ilə, öz nümayəndələrini BMT-nin Haaqadakı hərbi cinayyətlər məhkəməsinə göndərmişlər.
Hollandiyanın Şveningen şəhərindəki həbsxanada saxlanılan sabiq Yuqoslaviya rəhbəri Slobodan Miloşeviçin meyidi dünən qaldığı kamerada tapılmışdır. 2000-ci ildə vəzifəsindən uzaqlaşdırılmış Slobodan Miloşeviç Balkan konflikti zamanı törətdiyi cinayətlərinə görə Beynəlxalq Tribunal tərəfindən məhkum olmuşdur.
Məhkəmənin baş prokuroru Karla Del Ponte deyib ki, 64-yaşlı Miloşeviçin zəhərlənməsi və ya ona sui-qəsd cəhdi barədə sözlər sadəcə şayədir.
Lakin bu gün Miloşeviçin hüquqşunası müxbirlərə bildirmişdir ki, o, ölümündən bir gün əvvəl yazdığı məktubda zəhərləndiyindən qorxduğunu bildirmişdir.
Vəkilin sözlərinə məktubda deyilir ki, qan təhlil Miloşeviçin heç vaxt qəbul etmədiyini dediyi antibiotiklərin olduğunu göstərir.
Yüksək qan təziqi və ürək problemləri ilə əlaqədar olaraq, Miloşeviçin məhkəmə işi dəfələrlə təxirə salmışdır.
Keçən ay tribunal, 64-yaşlı Miloşeviçin tibbi müalicə üçün Rusiyaya getməsi barədə müraciətini rədd edərək, onun Haaqa həkimləri tərəfindən müalicə olunacağını bildirmişdir.
2002-ci ilin fevralında başlamış məhkəmə öz işini aprel ayında bitirməli idi.
XS
SM
MD
LG