Accessibility links

İran Asiya üçün etibarlı enerji təchizatçısı olaraq qalacağını bəyan edib


Bu gün Tehranda enerji konfransı zamanı danışan xarici işlər naziri Mənuçehr Müttəqi neft ixracatından qərblə nüvə proqramı ətrafında sövdə aləti kimi istifadə etməyəcəyini bildirib. O, enerji sahəsində əməkdaşlığın İran üçün ən yüksək prioritet olduğunu demişdir. Bundan ayrı olaraq, xarici işlər nazirliyinin nümayəndəsi Həmid Asefi bildirib ki, Tehran uranın zənginləşdirilməsi proqramının Rusiyada həyata keçirilməsi təklifini artıq nəzərdən keçirmir. Moskvanın təklifi İranın nüvə proqramı ətrafında beynəlxalq narahatlığı azaltmaq məqsədi güdürdü.
XS
SM
MD
LG