ABŞ-ın Dövlət katibi Kondoliza Rays BMT Təhlükəsizlik Şurasının İranın nüvə proqramı barədə lazımi ölçü götürəcəyinə ümid etdiyini bildirib. Rays bunu Cakartada Təhlükəsizlik Şurasının üzvlərinin İranın nüvə proqramı məsələsi barədə danışıqların fikir ayrılıqlarının mövcud olduğu bir vaxt bildirib. Kondaliza Rays Təhlükəsizlik Şurasının beş üzvü arasında İran məsələsi ilə bağlı fikir ayrılıqlarına əhəmiyyət vermədən bildirib ki, dünya ictimaiyyəti Tehrana nüvə proqramı ambisiyalarına son qoyması barədə kəskin mesaj göndərəcək.
Kondoliza Raysın indineziyalı həmkarı Həsən Virayuda ilə birgə mətbuat konfransı Birləşmiş Ştatların başçılığı altında İrana qarşı kəskin ölçülər götürülməsi ilə bağlı prezidentin bəyənatının qəbulu Təhlükəsizlik Şurasında sual altına alındığı vaxta təsadüf edir. Birləşmiş Şatalar və digər ölkələr İranın gizli nüvə silahları istehsal etdiyindən narahatdır.
Birləşmiş Ştatlar, Britaniya və Fransa İrana uranın zənginləşdirilməsi barədə danışıqlar masası arxasına qayıdılması və ya mümkün sanksiyalar ilə üzləşməsini irəli sürən bəyanatın tez bir zamanda həyata keçirilməsini istyəir. Lakin Çin və Rusiya sanksiyalar və vaxt qoyulması da daxil edilməklə bəzi maddələrlə razı olmadıqlarını bildirmişlər.
Dövlət katibi Rays hesabat haqda məlumat verərkən, hansısa qərar qəbul edilməsindən əvvəl hələ də diplomatiyanın davam etdiriləcəyini deyib. O bildirib ki, Birləşmiş Ştatlar Təhlükəsizlik Şurasının digər üzvləri ilə birlikdə Beynəlxalq Atom Enerji Agentliyinin keçən ay keçirilən yığıncağında məsələnin BMT-nin Təlhükəszlik Şurasına təqdim edilməsinin bir neçə həftə yubadılması və diplomatiyaya əlavə vaxt verməsi ilə razılaşmışdı. Xanım Rays indi Təhlükəszlik Şurasının işə keçmək vatının gəlib çatdığını bildirib.
Bu arada, BMT Təhlükəsizlik Şurasının beş üzvünün keçirdiyi gündəlik yığıncaqlarda İranı nüvə ambisiyalarına son qoymasına çalışılır. Şuranın beş üzvü - Çin, Rusiya, Britaniya, Fransan və Birləşmiş Ştatların diplomatları dünən bağlı qapılar arxasına yığıncaq keçirmişlər. Onlar BMT-nin Birləşmiş Ştatlar missiyasında keçirilən yığıncaq barədə məlumat vermirlər. Lakin danışıqlarda yaxından iştirak edən Birləşmiş Ştatlar, Britaniya və Fransa Təhlükəsizlik Şurasının İrana uranın zənginləşdirilməsi proqramı barədə danışıqlar və ya saksiyalar irəli sürülən bəyənatın tezliklə təsdiqini istəyirlər.
Dünənki yığıncaqdan sonra Birləşmiş Ştatların BMT-dəki səfiri Con Bolton Rusiya və Çinin razılığından asılı olmayaraq tezliklə qərar qəbul edilməsinə çağırıb. Təhlükəsizlik Şurasının 15 diplomatının bu gün BMT binasında deyil, naməlum yerdə yığıncaq keçirdikləri təsdiq edilib.