Accessibility links

Miloşeviçin tərəfdarları ona son ehtiramlarını bildirirlər


Yuqoslaviyanın sabiq prezidenti Slobodan Miloşeviçin tərəfdarları ikinci gündür Belqradda onun cənazəsi önündən keçirlər. Miloşeviçin ölkənin bayrağına bürünmüş cənazəsi Belqradda İnqilab muzeyinin binasında qoyulub. Bu arada, Rusiya Kommunist partiyasının lideri Qennadi Zyüqanov Belqradda müxbirlərə deyib ki, sabiq perzidentin həyat yoldaşı Mira Markoviç təhlükəsizliyinə dair kifayət qədər təminat almadığı üçün dəfn mərasimində iştirak etməyəcək. Serbiya məhkəməsi Mira Markoviçə qarşı həbs-qəti imkan tədbirini ləğv etsə də, ölkə rəsmiləri onun pasportunu təhvil verməli və məhkəmə qarşısına çıxmalı olduğunu bildiriblər.
XS
SM
MD
LG