Accessibility links

ABŞ səfiri Iraqın İranla danışıqlar apardığını bildirib


ABŞ-ın İraqdakı səfiri Zalmay Xəlilzad İran rəsmiləri ilə İraq məsləsinin nə zaman müzakirə ediləcəyinə dair danışqılar aparıldığını bildirib. Assoşieted Pressə müsahibə verən səfir deyib ki, danışıqlar Bağdadda təşkil edilməlidir.

Qeyd edək ki, Amerika Birləşmiş Ştatları İranı İraq məsələlərinə müdaxilə etməkdə günahlandırır. ABŞ dövət katibi Kondoliza Rays deyib ki, İranla müzakirələr səmərəli ola bilər, lakin İranın nüvə proqramı burada müzakirə edilməlidir. ABŞ dövlət katibinin bəyanatı BMT-nin Təhlükəszlik Şurasının bu gün yenidən İran məsələsinin müzakirəsi məqsədi ilə yığıncaq keçirdiyi vaxta təsadüf edir. Diplomatlar Şura üzvlərinin fikir ayrılıqlarının arasdan qaldıırlacağına ümid etdiklərini deyirlər.

XS
SM
MD
LG