Accessibility links

Prezident Buş İraqda vətəndaş müharibəsinin baş verəcəyinə inanmadığını bildirib


Prezident Buş Ağ Evdə mətbuat konfransı keçirmişdir. ABŞ prezidenti İraqda qələbə əldə etmək üçün qarşıda duran məqsədlərdən danışmışdır. Prezident Buş mətbuat konfransı zamanı İraqın vətəndaş müharibəsinə sürükləndiyinə inanmadığı bildirdi və dedi ki, o, qələbənin əldə olunacağına nikbinliklə baxır. ABŞ prezidenti İraqın sabiq baş naziri İyad Ələvinin ölkədə artıq vətəndaş müharibəsinin başlandığına dair dediklərilə razı olmadığını bildirmişdir. Cənab Buş prezidentliyi dövrü ABŞ hərbi qüvvələrinin İraqdan çıxarılıb-çıxarılmadığı sualına cavab verməyərək, demişdir ki, Amerika əsgələrinin İraqdan çıxarılması məsələsi növbəti ABŞ prezidenti və İraqın gələcək hökumətinin həll edəcəyi məsələ olacaq. Corc Buş demişdir ki, o, müvəffəqiyyətə inanmasaydı, ABŞ hərbi qüvvələrini İraqda göndərməzdi. Prezident Buş mətbuat konfransı zamanı aparatını və müdafiə naziri Donald Ramsfeldi müdaifə edərək, onun istefa verməyəcyini demişdir. İran məsələsinə toxunan prezident Buş demişdir ki, Tehran beynlxalq ictimiayyətin onun nüvə silahı istehsal etmək üçün qabiliyyətə malik olmasına imkan verməyəcəyini başa düşməlidir. Cənab Buş Birləşmiş Ştatların İranla İraqa dair danışıqlar aparmağa hazır olduğunu demişdir. Daxili siyasət məsələlərindən danışan prezident Buş işsizlik səviyyəsinin 4,8 fazi enməsilə Ameirka iqtisadiyyatının güclü olduğunu demişdir.
XS
SM
MD
LG