İraq polisi və Amerika qüvvələri tərəfindən bu gün Bağdadın cənub bölgəsində polis idarəsinə hücum edən 50 adam nəzarət altına alınıb. Rəsmilər bildirirlər ki, tüfəng və qumbara ilə silahlanmış şəxslər Mədain polis idarəsinə qarşı hücuma bu gün səhər. sübh çağı cəhd etmişlər. İki saat davam edən atışma nəticəsində 4 polis işçisinin həlak olduğu xəbər verilir. Ələ keçirilənlər arasında bir Suriya vəətndaşının oldğu bildirilir.
Bu gün Bağddada yaraqlı şəxslər tərəfindən Kərbəla ziyarətindən qayıdan şiə zəvvarlar hücuma məruz qalmış, bir zəvvar öldürülmüşdür.