Accessibility links

Belarus polisi yüzlərlə nümayişçini həbs edib


Belarus polisi bu gün səhər prezident Aleksandr Lukaşenkonun sərt-xətt siyasətinə etiraz edən yüzlərlə adamı həbs etmiş və onların Minskin mərkəzində qurduqları çadırları dağıtmışdır. Lakin bütün bunlara baxmayaraq müxalifət lideri şənbə günü yenidən etiraz aksiyasının keçiriləcəyini bildirmişdir.

Yüzdən artıq qara şlemli polis işçisi etiraz aksiyası keçirənləri yerli vaxtla gecə saat 3-də, onların yatdıqları çadırları əhatəyə alaraq əksəriyyəti gənclərdən ibarət nümayişçiləri yaşıl maşınlara doldurdular. Bir neçə dəqiqədən sonra bu çadırlardan demək olar ki, heç nə qalmamışdır. Yerdə qalan ancaq ayaqqabılar, paltarlar və nümayışçılərin dalğalandırdığı bayraqlar olmuşdu.

Müxalifət lideri Aleksandr Milinkeviç hökuməti repressiyalarda günahlandırmış və bazar günü seçkilərinin nəticələrinə etiraz olaraq mübarizəsini davam etdirəcəyini bildirib. O deyir ki, zorakılıqla müasir cəmiyyət qurmaq olmaz və Belarus indi başqadır, sakit və itaətkar Belarus artıq mövcud deyil . İnsanlar dəyişiklik tələb edir.

Birləşmiş Ştatların Dövlət Departamenti Belarusda nümayişin dağıdılmasını və insanların həbsinə görə narahtlığını bildirmişdir.

XS
SM
MD
LG