Accessibility links

Kondoliza Rays: Təhlükəsizlik Şurası İrana qarşı yubadılmaya yol verməməlidir


ABŞ dövlət katibi Kondoliza Rays bildirib ki, İranın uranın zənginləşdirilməsi proqramının dayandırılması sahəsində BMT-nin Təhlükəszlik Şurası heç bir yubadılmaya yol verməməlidir. Təhlükəsizlik Şurasının yaranmış vəziyyətdən çıxış yolu tapmamasına dair Amerikanın səbirsizliyini nümayiş etdirərək, dövlət katibi Rays deyib ki, Təhlükəszlik Şurası İranın beynəxlaq nüvə öhdəliklərinə əməl etdirməsində vahid mövqe tutduğu üçün gecikdirilmə qəbuledilməzdir.

Yunanıstanın xarici işlər naziri Dora Bakoyannislə görüşündən sonra təşkil edilən birgə mətbuat konfransında ABŞ dölvlət katibi Kondoliza Rays deyib ki, prezidentin bəyanatı yanvar ayının sonunda Təhlükəslzik Şurasının beş daimi üzvünün London görüşündə əldə etdikləri razılığın bir hissəsidir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov demişdir ki, onun hökuməti qərbin layihəsinin əleyhinədir. Belə ki, sənəddə Beynəlxlaq Atom Enerjisi Agentliyinin mövqeyi nəzərə alınmadan İrana qarşı sanksiyalar nəzərdə tutulur.

ABŞ rəsmiləri Kondoliza Raysın dəfələrlə Britaniyanın xarici işlər naziri Cek Strou ilə müzakirələr keçirdiyini və onun Rusiyanın xarici İşlər naziri Segey Lavrova zəng etməyi planlaşdırdığını deyirlər.

Xatrıladaq ki, ABŞ dövlət katibinin Yunansıtanın xarici işlər naziri ilə müzakirələrində İanın nüvə proqramından əlavə cənubi Avropa və Balkanlarda vəziyyət və Kosovanın siyasi gələcəyi kimi məsələlər yer almışdı. Keçən ay xarici işlər naziri vəfizəsinə təyin edilən Afinanın keçmiş meri xanım Bakoyannis Yunanıstanın Kirpi BMT-nin qətnaməsi və BMT-nin baş katibi Kofi Annanın Kipr planına əsasən vahid iki icmalı bir dövlət görmək istəyidiyini deyib. Yunanıstanın xarici işlər naziri Türkiyənin Avropa Birliyinə üzvlüyü dəstəkləyən ABŞ-ın mövqeyi ilə razılaşdığını, lakin Türkiyənin Avropa tərkibindəki gələvcəyinin onun özündən asılı olduğunu deyib. O, bildirib ki, Türkiyə Avropa nomalarını, habelə qonşuları, xüsusilə Yunanıstan və Kiprlə müznasiətlərin normallaşdırılmasını qəbul etməlidir.

XS
SM
MD
LG