Accessibility links

Ukraynalılar parlamentə səs verirlər


Bu gün Ukraynada seçicilər 450 yerlik parlamentin tərkibini müəyyənləşdirirlər. Yarışda 3 aparıcı siyasi qüvvə daxil olmaqla 45 partiya və blok iştirak edir. 35 milyondan çox Ukraynalı bu gün ölkənin demokratik islahatlara sədaqətinin imtahanı hesab edilən seçkilərdə səs verir.

Səsvermə məntəqəsinə gedənlər təkcə millət vəkillərini yox, həmçinin yerli merləri və regional parlamentləri seçəcəklər. Bu seçkilər presedentsizdir, ona görə ki, ilk dəfə olaraq seçicilər yeni parlamenti partiya siyahılarına əsaslanaraq proporsional qaydada müəyyənləşdirəcəklər.

Bazar günü səsverməsi qərbyönümlü prezident Viktor Yuşçenkonun hakimiyyəti dövründə keçirilən ilk seçkilərdir. Bu gün erkən səs verən cənab Yuşçenko hökumətin keçmişdə bəzən birgə işləyə bilmədiyini qeyd edərək ortadakı fikir ayrılıqlarını bir kənara qoymağın vacibliyini vurğulayıb.

Bir çox müşahidəçilər razılqşırlar ki, siyasi yarış sonda 3 aparıcı partiya arasındakı rəqabəti əks etdirəcək.

XS
SM
MD
LG