Accessibility links

Avropa Birliyi Belarus hökumətindən müxalifət liderinin azad edilməsini tələb edir


Avropa Birliyi şənbə günü sərt-xətt yönümlü Aleksandr Lukaşenkonun yenidən prezident seçilməsinə etiraz edən Belarus müxalifət liderinin həbsdən dərhal azad edilməsini tələb edib.

Prezidentliyə namizəd Aleksand Kozulun müxalifət tərəfdarlarının saxlandığı həbsxanaya doğru yürüş zamanı həbs edilənlərdən biridir. Öz bəyantında Avropa Birliyi Belarusdakı polis zorakılığından hiddətləndiyini bildirir.

Birləşmiş Ştatlar da səsverməni kəskin tənqid edərək tutulanların azad olunmasına səsləyib. Mitinqçilər yeni və ədalətli prezident seçkilərinin keçirilməsinə səsləyirlər. Xatırladaq ki, Qərb dövlətləri martın 19-da Belarusda keçirilən seçkiləri qeyri-demokratik adlandırdıqları halda Rusiya bu səsverməni azad və ədalətli hesab edir.

XS
SM
MD
LG