Accessibility links

İranda baş verən zəlzələ 60-dan artıq adamın ölümünə səbəb olub


İranın rəsmi xəbərlər agentliyi İRNA bildirir ki, Lorestan vilayətində dünən gecə və bu gün səhər baş verən üç zəlzələ nəticəsində azı 66 nəfər həlak olub və təxminən min adam yaralanıb. Xəbərlərdə zəlzələnin Dorud, Borucerd və ətrafdakı kəndlərə böyük miqyasda zərər vurduğu deyilir. Sağ qalanları xilası əməliyyatları davam etdirilir. Lorestan vilayətinin valisi dövlət televiziyası ilə etdiyi çıxışında deyib ki, zəlzələ nəticəsində 330 kənd dağılıb. İranın Qırmızı Aypara cəmiyyəti bölgəyə dəhal ədyal, çadır və digər təcili yardım ləvazımat göndərib. İlk zəlzələ yerli vaxtla saat 23-də baş verib. Zəlzələnin Rixter şkalası ilə 6 bal gücündə olduğu bildirilirdi. Lakin Amerika geoloqları zəlzələnin 5.7 bal olduğunu qeydə alıblar.
XS
SM
MD
LG