Accessibility links

İranda zəlzələdən sonrakı xilasetmə əməliyyatları başa çatdırılıb


İranın səlahiyyətli nümayəndələrin bildirdiyinə görə, dünən Lorestan vilayətində baş verən zəlzələdən sonra xilasetmə əməliyyatları başa çatdırılıb. Zəlzələ 70-dən artıq adamın ölümü, 1200-dək insanın yaralanmasına səbəb olmuşdu. Bu gün zəlzələdən ziyan çəkmiş minlərlə evsiz insan çadırlarla təmin edilib. BMT komandası hazırda İrana yola düşüb beynəlxalq yardım əməliyyatlarının təşkilini həyata keçirməlidir. Bu heyətə Ümumdünya Səhiyyə Təşkilatı və BMT-nin Uşaq Fondunun nümayəndələri daxildir. İran hələ ki, Amerikanın 100000 insana humanitar yardım təklifinə cavab verməyib.
XS
SM
MD
LG