Accessibility links

Amerikalı jurnalist çıxışlarını təzyiqlər altında etdiyini deyib


İraqda qiyamçılar tərəfindən girov götürülmüş amerikalı Cill Karrol azad edildikdən sonra bu gün Almaniyanın Frankfurt şəhərindən Birləşmiş Ştatlara yola düşmüşdür. Üç aya yaxın girovda saxlanılan Karrol bildirib ki, girovdarlar onunla təhdid altında aparılmış müsahibəni video lentə almaqla özlərini təbliğ etməyə çalışıblar. Bu sözlərlə Karol azad olunduqdan dərhal sonra qiyamçılar haqda dediyi xoş sözləri inkar edib.

Amerika jurnalisti Cill Karrol dünən Birləşmiş Ştatların Almaniyadakı hərbi qərərgahına gətirilidikdən az sonra İraqda girovda olduğu zaman etdiyi çıxışlarına aydınlıq gətirib. Onun söylədiklərinə qulaq asdıqdan sonra Boston şəhərindəki redaktoru Riçard Bergenheim deyib ki, jurnalisti girov götürdükdən sonra girovdarlar onlara video təbliğində kömək etdiyi təqdirdə onu azad edəcəklərini demişdilər. Karrol azad olmaq üçün onların şərti ilə razılaşmalı olub.

Qeyd edək ki, cümə axşamı azad edilmiş 28 yaşlı amerikalı jurnalist Cill Karrol 82 gün girovda saxlanmışdı. Üsyançılar tərəfindən nümayış etdirilən video kassetlərdə Kerrol Birləşmiş Ştatların İraqda apardığı müharibəni tənqid edir, qiyamçıları isə tərifləyirdi.

Kerrol eləcə də, azad edildikdən sonra İraq İslam Partiyasına verdiyi müsahibə barədə də açıqlama verib. O deyib ki, ondan müsahibə alarkən partiya həmin müsahibənin televiziya ilə yayımlanmayacağına söz vermişdi. Lakin onlar sözlərinə əməl etmədilər.

Bunlarla belə, Kerrol ona müsahibə verməsi üçün partiya tərəfindən təzyiqlər olmadığını deyib. Kərrol əslində ona çox zaman hədə-qorxu gəlindiyini bildirib. Kerrol eləcə də, onun Bilrləşmiş Ştatlar hərbiçiləri ilə əməkdaşlıq etmədiyi və ya öz əsirlik təcrübəsini onlarla bölüşmədiyi haqda səslənən fikirləri təkzib edib.

XS
SM
MD
LG