Accessibility links

Mərkəzi Avropada daşqınlar nəticəsində ölənlər var


Mərkəzi Avropada çayların daşqınına səbəb olan yağış və qarın əriməsi azı beş nəfərin ölümü və minlərlə insanın evakuasiyası ilə nəticələnmişdir. Bir sıra qonşu ölkələrdə olduğu kimi Macarıstanın paytaxtı Budapeştin sakinləri də Dunay çayında daşqının qarşısını içi qumla dolu torbalarla almağa çalışırlar. Əsas narahatlıqlar Budapeştin öz isti vannaları, müxtəlif tibbi müalicələri və otelləri ilə məşhur olan turist adası Marqarit ətrafındadır.

Budapeştdə aşağı səviyyədə yerləşən məhəllələr artıq suyun altındadır. Macarıstanın baş naziri Ferenk Qyurskani paytaxtda və ölkənin digər yerlərindəki mövcud vəziyyəti çox ciddi adlandılaraq, hökumətin vəziyyəti nəzarət altında saxladığını deyib. O deyib ki, hökumət suyun səviyyəsini nəzarət altında saxlayacaq xüsusi komitə təsis edib. Cənab Qyorskani eləcə də əlavə edib ki, lazım olduğu təqdirdə digər ərazilərə də kömək göstəriləcək.

Rumıniyanın cənubu, Çex respublikasının şərqi və Slovakiyanın aşağı səviyyədə olan əraziləri barədə də xəbərdarlıqlar verilib. Artıq Çex respublikasında bir neçə adamın öldüyü bildirilir. Dünəndən bəri isə Avstiryanın Dunay sahillərində gəmiçilik fəaliyyəti dayandırılıb.

XS
SM
MD
LG