Accessibility links

Riçard Bauçer Pakistanın müxalifət liderləri ilə görüşüb


Birləşmiş Ştatların dövlət katibinin yardımçısı Riçard Bauçer Pakistanda 2007-ci ildə milli assambleyaya seçkiləri müzakirə etmək məqsədilə ölkənin müxalifət liderlərilə görüşüb. İslamabaddakı danışıqlar demokratiyanın bərpası uğrunda alyansla keçirilmişdir. Görüşdən sonra müxbirlərlə danışan müxalifət liderləri bildiriblər ki, onlar ABŞ rəsmisinə Benəzir Bhutto və Nəvaz Şərif kimi partiya liderlərinin iştirakı olmadan seçkilərin ədalətli keçməyəcəyini demişlər. Onlar müxalifət liderlərinə qarşı itihamların əsassız olduğunu və onları Pakistandan kənarda saxlamaq məqsədi güddüyünü bildiriblər.
XS
SM
MD
LG