Accessibility links

Hindistanla Pakistan sülhə nail olacaqlarmı?


Pakistan və Hindistan Kəşmirlərinin hər ikisində öldürücü zəlzələnin baş verməsindən artıq altı ay keçir. Bəzi siyasətçilər böyük itkilər vermiş hər iki tərəfin bundan sonra sülhə doğru gedəcəklərini deyirlər.

Keçən il oktyabrın 8-də baş vermiş zəlzələ Pakistanla Hindistan arasındakı münaqişənin səbəb olduğu Pakistan hissəsindəki Kəşmirə dəhşətli dağıntılar gətirdi. 7,6 bal gücündəki zəlzələ Hindistan tərəfdə minlərlə insanin ölməsinə səbəb oldu. Lakin Pakistan Kəşmirində 70 mindən artıq insan öldü və iki milyondan artıq adam isə evsiz-eşiksiz qaldı. Bu zaman hər iki dövlətin liderləri on illərlə davam edən fikir ayrılıqlarını aradan qaldırmaq üçün çox ehtiyatla sülh danışıqları aparırdılar. Hindistanın baş naziri Manmohan Sinqh böyük itkilərə məruz qalmış Pakistanın prezidentinə təcili kömək təklif etdi. Bu, ümidverici bir an idi. Lakin Kəşmir siyasətçilərinin ümidləri boşa çıxdı.

Hindistan Kəşmirinin Milli Konfransının üzvü Ömər Abdulla deyir ki, əgər Hindistan hərbiçilərinə Pakistana yardım etməyə icazə verilsə, bu, sülhə doğru simvolik bir addım olar. Qeyd edək ki, bu qarşılıqlı inamsızlıq hələ 1947-ci ildən, Britaniyanın Hindistanı və Pakistanı ayırmasından sonra başlayıb. Bir il bundan əvvəl daha bir ümidverici addım atıldı.

1947-ci ildən bəri ilk dəfə olaraq iki ölkənın Kəşmirləri arasında avtobus nəqliyyatı bərpa olunması barədə qazılıq əldə edildi ki, bu da ayrı düşmüş ailələrin birləşməsinə imkan yarada bilərdi. Bir çox siyasətçi liderlər bu avtobus nəqliyatının açılışını sülhə doğru ümidverici ilk addım kimi qiymətləndirdilər. Lakin bu da baş tutmadı.

Zələzlənin yetirdiyi fürsətlər və imkanlardan heç bir tərəf yararlana bilmədi. Lakin buna baxmyaraq tərəflər sülhün bərqərar oması üçün yenidən cəhd göstərmək əzmindədirlər.

XS
SM
MD
LG