Accessibility links

Şimali Koreyanın nüvə proqramı ilə əlaqədar danışıqlar bərpa edilib


Şimali Koreyanın nüvə proqramı ilə əlaqədar diplomatik fəaliyyətlər bü gün Yaponiyada bərpa edilib. Lakin bu altıtərəfli danışıqların hansı nəticələr verəcəyi məlum deyil. Bu gün başlayan danışıqların məqsədi Pxenyanı yenidən müzakirələr masası arxasına gətirməkdir.

Şimali Koreyanın nüvə proqramı ilə əlqadədar Çinin ev sahibliyi etdiyi altıtərəfli danışıqlar keçən ilin noyabr ayndan təxirə salınmışdı. Qeyd edək ki, danışıqlarda hər iki Koreya, Çin, Birləşmiş Ştatlar, Yaponiya və Rusiya iştirak edir. Bağlı qapılar arxasında keçirilən altıtərəfli danışıqlarda şimal-şərqi Asiyanın təhlükəsizliyi məsələsinin müzakirəsi də yer alıb.

Şimali Koreya tərəfdən danışıqlarda xarici işlər nazirinin müavini Kim Kye Qvan iştirak edir. O, müzakirələdəki iştirakını diplomatiyaya imkan kimi qiymətləndirir. Eyni zamanda cənab Kim bundan əvvəl müxbirlərlə söhbəti zamanı Birləşmiş Ştatların Şimali Koreyanın bir neçə şirkətinə və bankına qarşı iqtisadi sanksiyalarını ləğv etmədiyi təqdirdə Pxenyanın danışıqlara qayıtmayacağı barədə mövqeyini bir daha təkrar edib.

Altıtərəfli danışıqlarda Birləşmiş Ştatların dövlət katibinin müavini Kristofer Hill iştirak edir. O, müxbirlərlə görüşü zamanı cənab Kimlə görüşmək haqda planın olmadığını deyib.

XS
SM
MD
LG