Accessibility links

Amerikada mühacirlərin hüquqlarının tələbi ilə bağlı nümayişlər davam edir


Bü gün Amerika boyu 11 milyon qyeri-qanuni mühacirin hüquqlarının müdafiəsi tələbi ilə yürüşlər davam etdirilir. Georgia ştatının Atlanta şəhərində ağ köynək geyimiş nümayişçilər əllirində Amerika bayraqları ilə aksiya keçirmişlər.

Texas ştatının Dallas şəhərində dünən 350 min adamın iştirakı ilə nümayiş keçirilmişdi. Bu gün paytaxt Vaşinqton və Amerikanın digər 100 şəhərində minlərlə adamın iştirakı ilə yürüşlər keçiriləcək.

Qeyd edək ki, nümayişlər Nümayəndələr Palatasının qeyri-qanuni mühacirlərin cinayətkar kimi mühakimə edilməsi təklifinə etiraz mahiyyəti daşıyır. Nümayəndələr Palatasının təklifində sərhədlərin möhkəmləndirilməsi və qanunsuz mühacirləri işlə təmin edən şirkətlərin böyük məbləğdə cərimə ödəmələri irəli sürülür.

XS
SM
MD
LG