Avropa Birliyinin xarici işlər nazirləri Həmasın başçılıq etdiyi hökumətə zorakılıqları qınamadığı və İsrailin mövcudluq hüququnu tanımadığı təqdirdə yardım göstərilməmsi qərarına gəlib.
Lüksemburq yığıncağı zamanı nazirlər Fələstin xalqına humanitar yardım göstəriləcəyini elan ediblər. Yanvar ayı seçkilərində böyük əksəriyyətlə qələbə əldə edən Həmas Avropa Birliyinin terroris siyahısında yer alır. Avropa Birliyi Həmasın Fələstin muxtariyyəti və Israil arasında əldə edilən razılıqları qəbul etməməsinə görə dərin narahtlığını bildirib.