Accessibility links

Gürcüstan MDB-dən çıxa bilər


Gürcüstan parlamentinin spikeri Nino Burcanadze bildirib ki, onun hökuməti Gürcüstan şərabının idxalına qadağa qoyduğuna görə, Müstəqil Dövlətlər Birliyindəki üzvlüyünü nəzərdən keçirə bilər. Parlament qarşısında çıxış edən xanım Burcanadze deyib ki, Gürcüstanın Rusiyada şərab, çay və digər məhsullarını sata bilməməsi və vətəndaşlarından Rusiyaya səfər etmək üçün vizalar tələb edilməsi yəqin ki, birliyin digər üzvlərə şamil edilmir. Nino Burcanadze Gürcüstanın dostluq əlaqərləri iki tərəfli olduğu halda Rusiya ilə səmərəli əməkdaşlığa hazır olduğunu deyib. Gürcüstanın baş naziri Zurab Noqaydeli isə MDB-dən Gürcüstanın çıxmasına şübhə etdiyini bildirib.
XS
SM
MD
LG