Accessibility links

Iraqın şiə liderləri razılığa gələ bilmir


İraqın şiə siyasətçiləri baş nazir vəzifəsinə namizəd barədə razılıq əldə edə billməyiblər. Birləşmiş Şiə Alyansının liderləri danışıqların sabah davam etdiriləcəyini bildirirlər. Onlar beləliklə razılıq əldə edib, yeni hökumətin formalaşmasına yol açacaqlarını deyirlər. Xatıraladq ki, hökumətin təşkili baş nazir İbrahim Əl-Cəfərinin namizədliyi ilə əlaqədar çıxılmaz vəziyyətə düşüb. Sünnü və ərəb liderlər onun namizədliyini dəfələrlə rədd etmişlər. Onların dediyinə görə, Əl-Cəfəri təriqət zorakılıqlarının qarşısının alınmasında lazımı iş görməmişdir. Eyni zamanda bu gün Bağdadda bomba partlayışı nəticəsində 3 avtobus sənişini həlak olub.

XS
SM
MD
LG