Accessibility links

İtaliya Avropa ölkələri ilə münasibətlərini möhkəmləndirəcək


İtaliya parlament seçkilərinin qalibi mərkəz-solçu Romano Prodi deyir ki, o, aparcı Avropa millətləri ilə sıx münasibətlər qurmağı planlaşdırır. Cənab Prodi Britaniyanın “Times” qəzetinə verdiyi müsahibədə söyləyib ki, İtaliya ümumi Avropa maraqarını bölüşən Fransa, Almania, Belçika və Lüksemburqla güclü əlaqələr qurmalıdır. O, Britaniyanın bu alyansa daxil edilməsinin çətinliyini nəzərə çatdıraraq, Londonun Avropa Birliyi siyasətinə qoşulmadığını vurğulayıb. Cənab Prodi həmçinin qeyd edib ki, Avropa dövlətləri birliyin konstitusiyası üzərində yenidən danışıqlara başlamalıdırlar. Həmin bu danışıqlar ötən il Fransa və Hollandiya seçicilərinin konstitutsiyanı rədd etməsindən sonra dayanıb. Cənab Prodinin koalisiyası İtaliya parlamentində çüzi fərqlə çoxluq təşkil edir. Səsvermə hələ də İtaliya məhkəməsi tərəfindən təsdiq edilməlidir.
XS
SM
MD
LG