Accessibility links

İraqın şiə siyasətçiləri Cavad al-Malikini Baş Nazir vəzifəsinə  namizəd göstəriblər.


İraqın şiə siyasətçiləri Cavad al-Malikini Baş Nazir vəzifəsinə namizəd göstəriblər. Bu, Baş Nazir İbrahim əl-Cəfərinin vəzifəsindən kənara çəkilməsindən sonraya təsadüf edir.

Cənab Əl-Cəfəri dünən axşam televiziyadan etdiyi çıxışında deyib ki, şiə bloku kimin baş nazir olacalğını müəyyən etməlidir. O, həmçinin qeyd etmişdi ki, bu işə maneə törətməyəcək. Qeyd edək ki, cənab Cəfəri indiyə qədər vəzifəsindən kənara çəkilməkdən imtina edirdi. Bu da ölkədə milli birlik hökumətinin təşkilinə əngəl törədirdi. Sünni və kürd liderləri cənab Cəfərinin vəzifəsindən kənara çəkilməsini tələb edərək bildirilər ki, o, təriqətlər arasındakı zorakılığa son qoymaq üçün lazımı fəaliyyət göstərməyib.
İraqın şiə siyasətçiləri Cavad Əl Maliki Baş Nazirliyə namizəd göstəriblər. O hər Əl-Cəfərinin başçılıq etdiyi Dava partiyasının üzvləridir. Birləşmiş Ştatlar İraqın siyasi liderlərini şiə, sünni və kürd nümayəndələrini təmsil edən bir hökumətin təşkilinə çağırıb.

XS
SM
MD
LG